Samur çayı üzərindən körpü inşa ediləcək

Bu il Rusiya ilə Azərbaycan sərhədində yerləşən Samur çayı üzərindən körpünün inşasına başlanılması planlaşdırılır. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, hazırda obyektin tikinti üzrə layihə sənədləri baxılması üçün Rusiyanın “Dövlət Ekspertizası Baş İdarəsi” federal muxtar qurumundadır. 2019-ci ildə istismara verilməsi nəzərdə tutulan körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək. Rusiya isə federal büdcədən ünvanlı investisiya proqramı çərçivəsində yerinə yetirilən işlərin dəyərini qismən kompensasiya edəcək.
Eyni zamanda Rusiyanın Federal Yol Agentliyi (“Rosavtodor”) körpüyə giriş yollarının tikintisini maliyyələşdirəcək. İndi podratçıların seçilməsi üçün hərracın sənədləşmə işləri aparılır. Ehtimal var ki, cari ildə yol işçiləri “Qafqaz” P-217 xəttindən inşa ediləcək körpüyə qədər dəmiryolunun inşasına başlayacaqlar. Bu yolların tikintisi 2018-ci ildə başa çatmalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












