Şəkidə avtomobil yolunun tikintisi bitib - VİDEO

Şəkidə 18,2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində avtomobil yolunun 2,1 km-lik hissəsi IV texniki dərəcəyə uyğun yenidən qurulub. Bu hissədə yol əsasının eni 6 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir. Yolun 4 km-lik hissəsi 5-ci texniki dərəcəyə uyğun olaraq salınıb. Burda yol əsasının eni 4,5 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 1,75 m olmaqla, yol yatağının eni 8 m təşkil edir. Qeyd olunan hər iki hissədə artıq yol yatağının və yol əsasının inşası, 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam olaraq bitib. Avtomobil yolunun qalan 12,1 km-lik hissəsi isə 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Bu hissədə yol əsasının eni 7 m, çiyinlərin eni isə hər iki istiqamət üzrə 2,5 m olmaqla, yol yatağının eni 12 m-dir. Sözügedən ərazinin 5 km-lik hissəsində tikinti işləri artıq bitib. Hazırda işlər qalan 6 km-lik hissədə aparılır, yol asfaltlanır. Ümumilikdə avtomobil yoluna 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihə üzrə yol boyu asfaltlanacaq ərazi 110 min kv. m təşkil edir. Yenidənqurma işləri zamanı avtomobil yolunda 12 yerdə ümumi uzunluğu 144 m olan müxtəlif diametrli dəmir və metal suötürücü borular tikilib, 384 m uzunluğunda isə arx çəkilib və yağış sularının kənarlaşdırılması üçün ehtiyyat borular qoyulub. Tikinti işləri tamamilə yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərə 78 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 12 km uzunluğunda isə yolcizgi və yol göstərici xətlər çəkiləcək. Qeyd edək ki, 18 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə payız- qış aylarında yaranan problemləri aradan qaldırmaqla vətəndaşların gediş- gəlişini rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə yeni yol kənd təsərrüfatının inkişafına və yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












