Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEO

Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər uğurla icra olunur. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bu cür layihələrədən biri də tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yoludur. Üçüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.2 km-dir. Layihəyə uyğun olaraq 7 m enində yol əsası və 2 m enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 m təşkil edir. Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 sm qalınlığında yeni asfalt-beton örtüyü salınacaq. Bundan başqa təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 m olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












