Sərgidə uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb. Uçan taksilər Dubay hökümətinin planının bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq. Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət - saatda 50 kilometr, maksimak sürət - saatda 100 kilometr. Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır. Ötürücülər piyadaların hərəkətlərini hesablayır və işıqforun siqnalının qalan zamanını avtomatik təshih edir. Bu isə piyadaların yolu təhlükəsiz keçməyini təmin edir. Qeyd edək ki, "Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












