Sərnişinlərin nəzərinə - 114 nömrəli marşrut xətti ləğv edilərək - SXEM

114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Avtosfer.az-a bildirib ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini metronun “20 Yanvar” stansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb. Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin metronun “20 Yanvar” stansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir.
Məlumat üçün bildirək ki, sözügedən dəyişikliyin 10 fevral 2018 ci il tarixədək təmin edilməsi nəzərdə tutulub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














