Şəxsi vaqon parkı formalaşdırılacaq

Yeniliklər 19 Oktyabr 2017 10:32 Oxunub 1117
Şəxsi vaqon parkı formalaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət artıq bu istiqamətdə həyata keçirmək üçün yeni layihələr hazırlayı

Bir il fəaliyyəti ərzində “AzRusTrans” QSC 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə QSC-dən APA-ya verilən məlumata görə, “AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması olub. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra isə Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Türkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var. Belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln ton taxıl və taxıl məhsulları və əlavə 2 mln. ton taxıl istehsalı üçün xam mal tədarük olunur. “AzRusTrans” şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni layihələr hazırlayır.

Hazırda Astara ərazisində taxıl terminalının tikinti layihəsi üzrə işlər aparılır, layihə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə  taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçqala limanları. Bu limanlarda hazırda ildə 1,6 mln ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması  ölkənin tranzit potensialını dahada möhkəmləndirəcək.

Baxmayaraq ki, “AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gələcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.

Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün “AzRusTrans” şirkəti ABŞ-ın “Bunge Limited” və İsveçrənin “Glencore International AG” şirkətləri ilə əməkdaşlıq edib. Lakin, “Bunge Limited” şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkət, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır.  Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.

“AzRusTrans” şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları “Azərbaycan Dəmir Yolları” QSC-dən icarəyə götürür, Rusiya ərazisində tərəfdaşın olması hesabına isə “AzRusTrans”, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.

Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq.  “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlarının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin operatoru qismində  10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.

 

Qeyd edək ki, “Azərbaycan Dəmi Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən  fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verib, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü olub və meşə məhsulları tədarükü bazarında da öz yerini tutub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh