Şəxsiyyət və sürücülük vəsiqələri ilə bağlı SMS xidməti yaradıldı

Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, reqlament bu ildən qüvvədədir. Bu reqlamentə əsasən “exidmet.justice.gov.az” və “dxr.az” elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı məlumatları əldə edəcəklər. Bunun üçün adına mobil telefon nömrəsi (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) olan istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq müvafiq pəncərəyə fiziki şəxsdirsə fərdi identifikasiya nömrəsini (FİN) və ya şəxsiyyət vəsiqəsinin nömrəsini, hüquqi şəxsdirsə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu daxil edib “Abunə ol” və ya “Abunəni ləğv et” düyməsini vurur. Bundan sonra daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu açılan yeni pəncərədə qeyd edərək “Təsdiq et” düyməsini vurmaqla sorğunu formalaşdırır. Məlumatlar tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. Məlumatlar tam və ya düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır, bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir. Fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO













