“Sovetski”nin yollarında ən müasir qaydalar tətbiq olunacaq - FOTO

Bakı Nəqliyyat Agentliyi “Sovetski” ərazisində salınan yollarda hərəkətin təşkili istiqamətində işləri davam etdirir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə yeni salınan yollarda müəyyənləşdirilən 18 ədəd eynisəviyyəli piyada keçidlərinin hər birində pandusların düzəldilməsinə başlanılıb. Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin rahat hərəkət etməsinə imkan verəcək panduslar Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə müasir formada dizayn edilib. Panduslarla yanaşı svetoforla nizamlanan piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq. Analoji pandusların düzəldilməsi və xəbərdaredici məlumatların yazılması yaxın vaxtlarda paytaxtın digər yollarında da təmin ediləcək. Artıq Bakı Nəqliyyat Agentliyi bununla bağlı xüsusi layihə hazırlayıb.
Onu da qeyd edək ki, BNA-nın təqdim etdiyi layihəyə uyğun olaraq ləvğ edilən “Statistika dairəsi”ndə və dəyişikliklər həyata keçirilən Füzuli meydanında nəqliyyatın hərəkətini tənzimləyəcək svetoforların yeri artıq müəyyənləşdirilib. Hazırda ərazidə müvafiq tikinti quraşdırma işləri aparılır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












