Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub - FOTO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, təmir işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla küçənin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( “Azadlıq prospekti” metrostansiyasının önü) aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu. Uzunluğu 620 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 16.5 metr təşkil edir.
Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə yolun 11 500 m2 ərazisinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa küçə boyu zəruri olan yerlərdə səkilər və səki daşları bərpa olunub, yeraltı kommunikasiya xətlərinin 16 ədəd baxış qapağı yenilənib.
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.
Təmir-tikinti işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














