Sürücülərə ŞAD XƏBƏR: Deputat təklifləri AÇIQLADI

“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 ballıq həddə çatır”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
“Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Qısamüddətli hüquq itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır. 20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur.
Bu sadaladığım problemi həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40–50 bala qaldırılmasını və ya yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tədbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar”, - deputat qeyd edib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












