Taksilər üçün yeni qayda: sərnişinlər yalnız dayanacaqlarda minib-düşəcək

Bakıda sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, paytaxtda taksilərin sərnişinləri yalnız yol hərəkəti qaydalarına uyğun müəyyən edilmiş dayanacaq və məntəqələrdə mindirib-düşürməsi tələb olunur: "Şəhərdə sərnişinlərin minib-düşməsi üçün xüsusi nöqtələr artıq müəyyənləşdirilib və bu proses mərhələli şəkildə genişləndirilir. Dayanacaq yerləri əvvəlcədən planlaşdırılıb. Ehtiyac olan ərazilərdə əlavə məntəqələr yaradılır".
Nazir müavini vurğulayıb ki, bəzi hallarda qısa məsafənin piyada qət edilməsi daha məqsədəuyğundur: "Əsas məsələ qaydalara əməl etməkdir. Harada dayanmağa icazə verilirsə, orada dayanmaq lazımdır. Bu həm təhlükəsizliyi, həm də şəhər nəqliyyatının axıcılığını təmin edir".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












