Taksilərdən yaxa qurtarmağın yolu tapıldı - FOTO

Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər görülüb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə? sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.
Bakı Nəqliyyat Agentliyi paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















