Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), taksi sifarişi operatorlarının iştirakı ilə "Digital Finance" layihəsinin icrasına başlanılıb.
Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, İRİA-nın dəstəyi ilə həyata keçirilən "Digital Finance" layihəsi çərçivəsində iki böyük taksi sifarişi operatorunda ("Bolt" və "Uber/Yango") yeni rəqəmsal həll tətbiq edilib.
Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılması prosesinin avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi və sərnişinlər üçün təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Layihənin məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının texnoloji həll vasitəsilə real vaxt rejimində avtomatik yoxlanılmasının təmin edilməsidir.
Əlavə olaraq, sürücülərin "Xüsusi hazırlıq şəhadətnaməsi" məlumatlarının paylaşılmasına dair öz "myGov" kabinetləri üzərindən razılıq vermələri tələb olunur.
Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı "Xüsusi hazırlıq şəhadətnaməsi" və "Buraxılış kartı" məlumatlarının yoxlanılması prosesi taksi sifarişi operatorları tərəfindən avtomatik deyil, əl ilə icra edilirdi. Bu isə buraxılış kartı olmadan və təlimdən keçməyən sürücülərin asanlıqla qeydiyyatdan keçərək taksi sifarişi operatorlarının sistemlərində sürücü profili yaratmaqla fəaliyyət göstərmələrinə imkan verirdi. İndi isə qeyd olunan sənədlərin mövcudluğu yaradılmış inteqrasiya əsasında yoxlanılacaq, sözügedən sənəd və icazələri olmayan şəxslər sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












