Turizm bölgəsinə gedən yol əsaslı şəkildə təmir olunur - FOTO

Quba və Xaçmaz rayonlarını birləşdirən avtomobil yolu əsaslı təmir olunur. Avtosfer.az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, avqust ayının ilk günlərindən yolda asfaltlanma işlərinə başlanılacaq. Yeni yol əvvəlkindən həm keyfiyyətinə, həm də ölçülərinə görə seçiləcək. Ötən əsrin 70-ci illərində salınan 28 kilometrlik yol istismar müddətini başa vurduğundan avtomobillərin hərəkəti üçün ciddi çətinlik yaranmışdı. Məhz buna görə də “Azəravtoyol” ASC tərəfindən şimal bölgəsinin iki böyük rayonunu birləşdirən, həm də turizm əhəmiyyətli yolun tamamilə əsaslı təmirinə başlanılıb. 22 kilometrinə asfalt döşənəcək Quba-Xaçmaz yolunda hazırda təmir işləri sürətlə davam edir. Köhnə asfalt qatı çıxarılaraq, yol yatağının sıradan çıxan hissələri bərpa edilir. Yeni yolun hərəkət hissəsinin eni 7,5, yol çiyinləri ilə birlikdə isə 12 metr olacaq.
Yolun yenidən qurulması işləri ilin sonunadək başa çatacaq.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












