Vəlvələ çayı üzərindəki körpü əsaslı şəkildə bərpa olunub - VİDEO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. Bu barədə Avtosfer.az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir. Məlumatda deyilir ki, 1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.
Aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 metrdən 10.5 metrə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1.2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.
Daha sonra körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfiqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Aparılmış bərpa işlərindən sonra körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb. Artıq körpü tam olaraq müasir norma və standartlara cavab verir.
Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Körpünün aşırımlarında çatlar və dağılmalar yaranmışdı. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnikaları cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Emin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO














