Xırdalan-Binəqədi-Balaxanı yolunun yenidən qurulması davam edir - VİDEO

Ölkə prezidentinin sərəncamına əsasən, bir-neçə avtomobil yoluna (Bakı-Sumqayıt, Binəqədi-Novxanı, Mehdiabad-Fatmayı-Goradil, Zabrat-Maştağa) çıxışı təmin etmək və bu yollar üzərində yerləşən qəsəbələrə gediş-gəlişi rahatlaşdırmaq baxımından xüsusi əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km-dir, eni isə 8-10 metr arasında dəyişir. Layihə çərçivəsində yolun Balaxanı qəsəbəsindən keşən 4,5 km-lik hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun “Təmiz Şəhər” ASC-nin qarşısından Mehdiabad qəsəbəsinə qədər olan 5,5 km-lik hissəsinin asfaltlanması işləri görülür. Növbəti mərhələdə isə sözügedən yolun Mehdiabad-Binəqədi hissəsinin yenidən qurulmasına başlanılacaq. Ümumilikdə yola 12 sm qalınlığında 175 min kv m. yeni asfalt örtüyü döşənəcək. Yenidənqurma işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülür. Layihəyə uyğun olaraq vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzüləcək. Tikinti işləri yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə 100 ədəd yağış sularının kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, 150 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi çərçivəsində yenidən qurulur. Yolun yenidən qurulması bir-neçə qəsəbəni birləşdirməklə həm yol boyu yerləşən qəsəbələrin on minlərlə sakinin, həm də bu yoldan istifadə edən digər vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
Ruslan
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












