Yaponiya avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb

Yaponiyanın "Nissan” avtomobil istehsalçısı "ProPILOT Park” tam avtomatik parklama texnologiyasının tətbiqinə başlayıb. Azərtac "CHIP” resursuna istinadən xəbər verir ki, avtomobilin parklamaya qoyulması prosesinin avtomatlaşdırılması üzrə həllər çoxdan mövcuddur və əksər istehsalçılar, o cümlədən "Ford” və "Toyota” şirkətləri tərəfindən istifadə olunur. Lakin onların hamısında sürücü tərəfindən avtomobilin sürətinin akselerator pedalını basmaqla idarə edilməsi tələb olunur. Yeni "Nissan” texnologiyası isə bu funksiyanı da özündə birləşdirəcək.
Məlumata görə, texnologiyanın əsasını kamera və ultrasəsli ötürücülərdən istifadə təşkil edir. Onlar vasitəsilə avtomobil müstəqil şəkildə lazımi qabaritli parklama yerini tapacaq və tam avtomatik rejimdə həm ön, həm də arxa hərəkətdə paralel, diaqonal və ya perpendikulyar parklamanı yerinə yetirəcək.
Sistemlə təchiz ediləcək ilk model Yaponiya istehsalçısının yaxın vaxtlarda təqdim etməyə hazırlaşdığı "LEAF” elektromobilinin yeni versiyası olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












