Yeni avtobus marşrutu müsabiqəyə çıxarılıb - Bakıda

Bakı Nəqliyyat Agentliyi (BNA) “28 May” metro stansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi üçün müfaviq qaydalara uyğun müsabiqə elan edib. Avtosfer.az xəbər verir ki, bunu BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov deyib. "28 May" metro stansiyası-“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi xətti - 125 nömrəli müntəzəm sərnişindaşıma marşrutu ilə bağlı mütəmadi olaraq Agentlik tərəfindən təhlillər aparılır: "Hazırda qarşımıza prioritet məqsəd olaraq xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsini qoymuşuq. Sadalanan halları nəzərə alaraq, qeyd edilən istiqamətdə yeni marşrut xəttinin təşkil edilməsi və müfaviq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti bir sıra amillər əsasında təşkil ediləcək. Bu, “28 May” metro stansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılmasıdır. Həmçinin, metronun xidmətindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiqi, bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması kimi məsələlərə xüsusi dəqqət yetirilir".
M.Abbasovun sözlərinə görə, müsabiqə 30 gün davam edəcək: "Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır".
Direktor müşavirinin sözlətinə görə, aparılan təhlillərə əsasında müəyyən olunub ki, bir neçə təkrarlanma və üst-üstə düşən xətlər var: "Daşıyıcıların sayını artırmaqla onların daha operativ şəkildə fəaliyyət göstərməsini istəyirik. Nəqliyyat konsepsiyasının hazırlanmasının birinci mərhələsi başa çatıb. Konsepsiya beynəlxalq mütəxəssislərlə birlikdə hazırlanıb. Birinci mərhələ şəhər mərkəzinin nəqliyyat problemlərinin həllinə yönəldilib və bu sxem çərçivəsində ilkin olaraq Bakıda Nəqliyyatın Mübadilə Mərkəzinin (hab) təşkili nəzərdə tutulub. Bunlardan biri "Koroğlu"da, Dərnəgüldə, Avtovağzalda, Lökbatan və "28 May"da olacaq. Habların təşkili Bakıda nəqliyyat sıxlığı və digər nəqliyyat problemlərini həll edəcək".
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi










