Yeni "Boeing 747-8F" təyyarəsi gətirildi - Azərbaycana

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilib. AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak ediblər.
"Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir. Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir. Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 mlrd. ABŞ dolları təşkil edir. Bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, "Silk Way Airlines" aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.
"US TRANSCOM" (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan verib.
Yeni təyyarənin tədarükü "Silk Way Airlines" aviaşirkətinə uçuşların coğrafiyasını genişləndirməyə, daşınan yüklərin həcmini artırmağa və aviadaşımalar bazarının yeni seqmentlərini əhatə etməyə imkan verəcək. Həmçinin, bu, aviaşirkətə ümumi hava gəmiləri parkının istismar xərclərini azaltmağa və bunun da nəticəsində bütövlükdə gəlirliliyin artırılmasını təmin etməyə imkan verəcək.
Hava gəmiləri parkının genişləndirilməsi ilə "Silk Way Airlines" Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Cibuti, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















