Yük daşımaq çox asanlaşacaq - Yeni aparat hazırlanır

San-Fransiskonun “Elroy air” startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən və uzaq məsafələrə uça bilməyən kiçik dronlara alternativ olacaq. “Elroy air” şirkətinin “Aluminum Falcon” adlanan dronu kiçik təyyarə ölçüsündədir. Tərtibatçıların hesablamalarına görə, pilotsuz uçan aparatın sürəti saatda 160 kilometrə çata bilər. Aparat prototipi lidar optik ötürücüləri, kamera və onun anbardan təyinat məntəqəsinə təhlükəsiz və tez uçuşunu təmin edəcək digər ötürücülərlə təchiz edilib. Hibrid mühərrikə malik “Aluminum Falcon” vertikal şəkildə uça və eniş edə bilir.
Məlumata görə, “Aluminum Falcon” aparatının əsas xüsusiyyətlərindən biri təkcə pilotsuz uçan aparatın deyil, eyni zamanda yük konteynerinin süni intellekt proqramı ilə təchiz olunmasıdır. Bu, ona “ağıllı yükləmə”ni həyata keçirməyə və yük bölməsi tam dolandan sonra uçmağa imkan verəcək. Bütün bağlamaları çatdıran dron anbardan siqnal alaraq bazaya qayıdacaq.
Bildirilir ki, 300 kilometrədək məsafəyə uçmaq qabiliyyəti “Aluminum Falcon” aparatına uzaq məsafələrə uçan dronlarla rəqabət aparmamağa imkan verməklə hava ilə kiçik distansiyalara yükləri daşıyacaq. Bundan başqa, ölçülərin kiçik olması pilotsuz uçan aparatın havada dağlar üzərində hərəkətinə mane olmayacaq. Belə ki, “Aluminum Falcon” süni intellekt sayəsində təpə, ağac və naqillər arasında asanlıqla manevr etməyə imkan verəcək.
Aparatın tam işlək prototipinin təqdimatı 2018-ci ilin yayına, ikiillik sınaqlardan sonra kütləvi istehsalına başlamaq planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












