Zabrat yolunda bəzi dayanacaqların yeri dəyişdiriləcək - BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) Sabunçu-Zabrat yolunun Sabunçu qəsəbəsindən keçən hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsini təklif edib. Bu barədə Trend-ə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, artıq həmin ərazidə, yolüstü piyada keçidinin yaxınlığında avtobus və taksi dayanacaq məntəqələrinin yerlərinin dəyişdirilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müvafiq müraciət göndərilib.
Ümumiyyətlə, Sabunçu-Zabrat yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradan bir sıra nöqsanlara gəlincə, M.Ağayev vurğulayıb ki, bu məsələ BNA-nı da narahat edən məqamlardandır: "Həmin yoldakı problem də həllini tapacaq. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq qurumlarla iş aparır".
Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












