Zaqatalada yeni yeraltı piyada keçidi inşa edilib - VİDEO-FOTO

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə şəhər ərazisindəki yeraltı piyada keçidinin tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Yeni piyada keçidi Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində inşa edilir. Yeraltı keçid 4 giriş-çıxışlıdır. Piyada keçidinin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metr təşkil edir.
Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi 1120 m2 ölçüdə qranit plitələrlə, çıxış divarları isə 440 m2 mərmərlə üzlənib, pilləkənlərə tutacaqlar quraşdırılıb.
Bundan başqa layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb. Keçiddə 9 yerdə təhlükəsizlik kameraları da qoyulub. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur və tez-tez tıxaclar yaranırdı. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış-bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu. Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















