Zəyəmçay üzərində yerləşən qəzalı körpü bərpa edildi – VİDEO-FOTO

Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müvafiq işlər aparılaraq yekunlaşdırılıb. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 427-ci km-də yerləşən körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən körpünün hər iki tərəfində 50 metr uzunluğunda, 9 metr hündürlükdə mühafizə və yeni sutənzimləyici qurğular inşa edilib. Bundan başqa körpünün yerləşdiyi ərazidə çay məcrasında su axınının sürətini azaltmaq məqsədi ilə dərinlik boyu hündürlüyü 1.2 metr artırılmaqla və örtük hissə bərpa edilməklə bərkitmə işləri aparılıb, 6 pilləvari qurğu inşa edilib. Qurğuların hündürlüyü 22 metr, ümumi uzunluğu 60 metr, eni isə 118 metrdir. Həmçinin körpünün dayaqlarının qorunması üçün 110 metr uzunluğunda, 90 metr enində dəmir-beton konstruksiyadan ibarət xüsusi qoruyucu sahə inşa edilib, körpünün yerləşdiyi ərazinin giriş və çıxış hissələrində 6 metr dərinlikdə, 800 mm diametrində 76 ədəd bərkidici svay vurulub.
Xatırladaq ki, cari ilin iyun-iyul ayları ərzində Şəmkir rayonu ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel suları nəticəsində yuyulma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü. Belə ki, diametri 1.2 m-lik svay özül üzərində inşa edilmiş körpüdə məcrada baş vermiş eroziya nəticəsində dəmir-beton örtüklü körpüaltı məcranın aşağı hissəsində 6.6 metr dərinlikdə yuyulma prosesi baş vermiş və saxlayıcı diş və dəmir-beton konstruksiyasının bir hissəsi dağılaraq qəzalı vəziyyətə düşmüşdü.
2011-ci ildə inşa edilmiş 3 aşırımlı körpünün uzunluğu 96.3 metr, eni 11.5 metr, çay məcrasından hündürlüyü isə 11 metrdir. Zəyəmçay üzərində inşa edilən körpü 377 min nəfər əhalinin yaşadığı Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpüdür və alternativ yol yoxdur.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
















