"Zığ" limanının müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" quru yük limanında işlər qrafikə uyğun davam etdirilir. Hazırda limanın 6 hektar ərazisinin betonlaşdırılması həyata keçirilir. Prosesin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətindən salamnews-a verilən məlumnata görə, təmir-tikinti işlərinin yekunlaşması ilə yükaşırma müəssisəsinin müasir nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır. Hədəfə nail olmaq üçün istifadə olunan əksər qaldırıcı qurğular - kran və avtoyükləyicilər təzələri ilə əvəzlənir. Bəziləri isə təmir edilərək yenidən istismara veriləcək.
İşçilərin sayının artırılması da nəzərdə tutulan limanda əməyin mühafizəsinə xüsusi diqqət yetirilir və bu məsələlərdə Beynəlxalq şirkətlərin tələbləri əsas götürülür.
Aparılan infrastruktur işləri ilə paralel, liman tam gücüylə fasiləsiz şəkildə - 24 saat fəaliyyət göstərir. Hazırda müəssisədə əsasən bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Gələcəkdə yüklərin çeşidi artacaq. Ümumiyyətlə, təmirin tam başa çatmasından sonra daha böyük həcmdə yüklərin qəbulu və göndərilməsi mümkün olacaq.
Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik “Zığ” quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Eyni zamanda, limanın yükləri saxlamaq üçün qapalı və açıq tipli anbarlarının sayının artırılması da istisna olunmur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












