Zirehli maşınların texniki xidmət mərkəzinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib. Məruzə olunub ki, mərkəzdə Silahlı Qüvvələrin silahlanmasında olan döyüş texnikasının zirehli korpusu, avtomobil üzərindəki avadanlıq və silah sistemlərinə texniki qulluq göstəriləcək. Mərkəzdə mütəxəssislər tərəfindən sürücülər, tuşlayıcılar, operatorlar və digər ixtisaslar üzrə şəxsi heyətin hazırlanması üçün bütün şərait yaradılıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzdəki silah anbarı, laboratoriya, digər xidməti və inzibati otaqlarla tanış olub. Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı brifinq təqdim olunduqdan sonra Müdafiə naziri onun fəaliyyətinin və imkanlarının artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















