100 yaşın mübarək, Azərbaycan poilisi! - FOTO

Qusarda Azərbaycan Polsinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Rayon Polis Şöbəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər çiçəklər düzüblər. Daha sonra tədbir Qusar rayon mədəniyyət evində davam etdirilib. İcra hakimiyyətinin başçısı Şair Alxasov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov Azərbaycan polisinin 100 illik çətin və məsuliyyətli fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, keçilən şanlı tarixi yola nəzər salıb. Ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayan polis rəisi, daxili işlər orqanları əməkdaşlarının bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətlərini davam etdirəcəklərini, bu sahədə səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
Yubiley tədbn həlak olan polis əməkdaşlarının ailələri də iştirak edib. ailəsi də olub. Z.Bədəlov 2013-cü ildə cinayətkar qrupla atışma zamanı həlak olan, Qusar RPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Qalib Quliyevin oğlu Elvin Quliyevin bu ilki qəbul imtahanının 1-ci mərhələsində 649 bal topladığını bildirərək, hər bir polisimizin onunla fəxr etdiyini bildirib. Yüksək nəticə göstərən polis övladına polis rəisi tərəfindən mükafat verilib.
Tədbirin sonunda Qusar Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti Qusar polis şöbəsinin sahə müvəkkili işləmiş, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsini yad ediblər.
Nizam Həmidov,
buat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















