“102”yə daxil olan məlumatlar üzrə 5153 əməlin qarşısı alınıb - Nazir müavini

"102" Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət "isti izlər"lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Avtosfer.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib. V.Eyvazov deyib: "Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, "102" Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət "isti izlər"lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Həmçinin "Təhlükəsiz şəhər" xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb".
V.Eyvazov qeyd edib ki, cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib. Məruzəçi bildirib ki, 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Elmin
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











