Asayişin qorunması yolunda - FOTOLAR

Daxili işlər orqanlarında öz igidliyi ilə fərglənən cəsur əməkdaşlarımız çoxdur. İctimai təhlükəsizliyin təmin edilməsində bir çox polislərimiz həyatlarını itiriblər. Belə igidlərdən biri də polis serjantı Oktay Həbibovdur. Xaçmaz rayon Hacıisaoba kəndində doğulmuşdu. Orta məktəbi bitirib, hərbi dəniz qüvvələrində xidmət keçib. Vətənə qayıtdıqdan sonra Daxili İşlər Şöbəsində Post Patrul Xidmətində milis nəfəri kimi xidmətə başlayıb.
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Oktay da digər yoldaşları kimi silaha sarılaraq vətənin müdafiəsinə yollanıb. Dəfələrlə cəbhə bölgəsinə ezam olunub, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 1995-ci ildə Avtovağzal ərazisində xidmətdə olarkən rayon sakinləri arasında yaranmış mübahisəni sakitləşdirən zaman mübahisə edənlərdən biri ona bıçaqla xəsarət yetirir. Həkimlərin səylərinə baxmayaraq 12 gün sonra müalicə aldığı xəstəxanada Oktay dünyaya gözlərini əbədi yumur.
Xidməti borcunu yerinə yetirərkən həlak olmuş O.Həbibovun xatirəsinin əbəıdiləşdirilməsi məqsədi ilə RPŞ-nin yerləşdiyi küçədə büstü qoyulub, şöbənin daxilində isə xatirə güşəsi yaradılıb.
DİN rəhbərliyi şəhid polisin ailəsinə biganə qalmayıb. Qardaşı Nəzər 1998-ci ildən polis sıralarına xidmətə qəbul olunub. Xaçmaz RPŞ İTB polis sahə rəisi vəzifəsində çalışan polis mayoru Nəzər Həbibov asayişin qorunması zamanı canını qurban vermiş qardaşının şərəfli yolunu layiqincə davam etdirir.
Nizam Həmidov,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















