Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş yarışlar keçirilib – FOTO

Azərbaycan Polisi 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifələrin öhdəsindən layiqincə gəlib.
İyunun 23-də bu münasibətlə DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilənbirinciliklər də möhtəşəm yubileyə dəyərli töhvədir.
Yarışların açılış mərasimində çıxış edənDİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışaqraq bildirib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib.
Qeyd edilib ki, DİN İdman Cəmiyyəti daxili işlər orqanlarının tərkibində yaranmış ilk qurumlardan biri olmaqla ölkəmizin ən qocaman idman təşkilatlarından biri kimi dövlətin idman həyatında önəmli rol oynayıb, məşqçilərin, yüksək səviyyəli idmançıların yetişməsində parlaq qələbələr əldə edib.
Olimpiya, dünya və Avropa çempionları Lyudmila Şubina və Namiq Abdullayev ölkəmizin zəngin idman ənənələrindən danışaraq Azərbaycanda Olimpiya hərəkatının formalaşmasında gənclərə və yeniyetmələrə dövlət qayğısının göstərilməsində ulu öndərimizin və onun siyasi kursunu davam və inkişaf etdirən Prezident İlham Əliyevin əvəssiz xidmətlərini minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.
Daha sonra güləşin sərbəst və yunan-Roma növləri, boks, bədii gimnastika və çerlidinq üzrə açıq birinciliklərə start verilib. 4 gün davam edən yarışlarda paytaxtın və respublikamızın əksər bölgələrinin idman klub və Cəmiyyətlərinin yetirmələri qüvvələrini sınayıblar.
Sonda qaliblərəkubok, diplom və medallar təqdim olunub.
Qeyd edək ki, yubileyə həsr olunmuş yarışlar digər idman növləri üzrə davam edir.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?

















