Azərbaycanda belə hazırcavab yol polisi hələ görülmədi - Sürücü biabır oldu - VİDEO

Bakıda qayda pozduğu üçün saxlanılan sürücü video yayaraq yol polisini ifşa etməyə çalışıb. Lakin videodan aydın olur ki, əslində, sürücü qayda pozub, yol polisi isə yüksək peşəkarlıq göstərərək onu qanuna riayət etməyə dəvət edib. Sürücü çox inad göstərsə də, sonda cərimə yazılıb.
Sürücü avtomobildə olan registratoru qoşub özündən razı şəkildə YPX əməkdaşını gözləyir. Polis əməkdaşı nizamnamənin tələblərinə uyğun olaraq özünü təqdim edir və sürücüyə pozduğu qaydanı izah edir. Məlum olur ki, sürücü İstiqlaliyyət küçəsində yolayrıcını keçmə qaydasını pozub. Sürücü inspektordan vəsiqəsini tələb edir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı, Mirzəliyev Xəqani Müqabil oğlu sənədlərini göstərir və sürücüdən də eyni qaydada sənədlər tələb edir. Lakin sürücü qayda pozmadığını bildirərək sənədləri vermir. YPX əməkdaşı “Yol hərəkəti haqqında” qanunun, İnzibati Xətalar Məcəlləsinin tələblərini izah etməklə sürücünün hüquq və vəzifələrin də mükəmmək şəkildə izah edir. Sürücü israrla yol polisi əməkdaşından kamera görüntüləri istəyir. YPX əməkdaşı nə qədər qanun və maddələri sadalasa da, sürücü onunla razılaşmır.
Nəhayət, YPX əməkdaşı sürücünün şəxsiyyətini bort kompüter vasitəsi ilə müəyyən edir və elektron qaydada protokol tərtib edir.
Özündən razı olaraq çəkilişə başlayan sürücü siqater yandıraraq yenə israrında qalır.
Avtosfer.az belə bir mükəmməl hazırlıqlı yol polisi əməkdaşının olmasını müsbət hal kimi qiymətləndirir və görüntüləri təqdim edir:
Elmin
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"












