Azərbaycanın 3 polisi Moldovada çempion oldu - FOTO

Bu yaxınlarda Avropa Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində Budo üzrə Avropa çempionatı keçirilib. Çempionatda ölkəmizin yığma komandası da iştirak edib. Millimizin heyətində Daxili İşlər Nazirliyinin üç əməkdaşı bu yarışa qatılıb. Onların arasında DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının rəisi, polis mayoru, dəfələrlə dünya və Avropa çempionu Həsən Əliyev ən ağır çəkidə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq növbəti dəfə qitə çempionu olub. DİN Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı İbrahim Məmmədov çəkisi 66 kiloqramadək olan idmançılar arasında baş mükafata layiq görülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı polis serjantı Xəyal Cəmilbəyli çəkisi 85 kiloqramadək olan budoçuların arasında qızıl medala sahib olub.
Xəyalə Məmmədova
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













