Azərbaycanın bu kəndində polislər yolda qalanlara belə kömək edir - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin əməkdaşları çətinə düşən, kömək uman vətəndaşların köməyinə tez yetişir. Son günlər ərzində intensiv yağışların yağması və dağlarda qarların əriməsi nəticəsində dağlıq ərazidən keçən Vəlvələ çayında suyun səviyyəsi bir qədər qalxaraq ətraf əraziləri su altında qoyub. Rayonun dağlıq ərazilərində yerləşən kəndlərə gediş-gəliş çətinləşib, bəzəndə maşınlar çayların ortasında qalırlar. Dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Quba RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları artıq belə təbiəthadisələrinə öyrəşiblər. İnsanların köməyinə gəlir, yollarda çətinə düşənlərin təxliyyəsi, evlərinə çatmaları üçün əllərindən gələni əsirgəmirlər. Bu ərazilərin yerli sakinləri və gələn qonaqlar polislərimizi özlərinə arxa-dayaq, xilaskar kimi görürlər.
Kənd sakini İlqar Rüstəmovda belə sakinlərdən biridir. Maşını yolsuzluq şəraitinə uyğun olsada çayı keçəndə selin cəngində aciz qalıb. Kömək üçün müraciət etdiyi ərazidə xidmət aparan Qonaqkənd Polis Bölməsinin əməkdaşları yerli sakini köməksiz qoymayaraq onun avtomobilini xidməti avtomobillə sudan çıxarıblar. Digər bir şəxs isə kəndin ən yaşlı sakinlərindən olan Nurbala kişidir.Bir həftə əvvəl çaydan keçərkən avtomobili suda nasazlayıb. Köməyə yenə xalqına qürürla xidmət edən həmkarlarımız çatıb. Ağsaqqalın sözlərinə görə polislərimiz tək yay-yaz vaxtlarında deyil, qışın sərt keçdikləri aylardada yerli sakinlərin hər zaman yanındadılar. Bizi görəndə onlar Quba RPŞ-nin və Qonaqkənd PB-nin şəxsi heyətinə öz təşəkkürlərini bildirdilər, Azərbaycan Polisinin 100 illiyi münasibətilə bütün ölkəmizin asayiş keşikçilərinə ən xoş arzularını çatdırdılar.
Nizam Həmidov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















