Baş redaktor DYP ilə bağlı ittihamları təkzib etdi: "Mən orda olmamışam"

Bu gün "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın adından bəzi Kütləvi İnformasiya Vasitələrində yol polisinin ünvanına ittiham dolu məlumat yayılıb. Məlumatda bildirilir ki, guya Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsində olub və orda pul müqabilində öz işçisinə sürücülük vəsiqəsi alıb. Eyni zamanda Tapdıq Abbasın adından Yol Polisi rəhbərliyinin ünvanına ittihamlar səslənin. Lakin Tapdıq Abbas Avtosfer.az portalına açıqlamasında bildirib ki, Facebook profilində yayılan informasiya onun mövqeyi deyil. "Mənim səhifəmi işlədən admin var. O, səhvən bu informasiyanı mənim adımdan yazıb. Xəbər tutan kimi dərhal çıxarmasını bildirdim. Eyni zamanda bu barədə xəbər yazan saytlara da informasiyanın mənim mövqeyim olmadığını dedim. Mən Yol Polisi İdarəsində olmamışam. Belə bir hal da baş verməyib. Yenə deyirəm, adminin səhvi olub. Ona görə də onu işdən azad da etmişəm."
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












