Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Yolunu uzatmamaq üçün qoşa xətdən dönüb qaydanı pozdu - 10-PP-116 - VİDEO
"Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər", idarədən bildirilib.
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO












