Bu da Şahdağda xidmət aparan polislər - FOTOLAR

Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qusar RPŞ-nin Şahdağ Polis Bölməsi ucqar dağlıq ərazidə yerləşir. Rayonun Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi 2015-ci ildə tikilərək istifadəyə verilib.
Yaşayış ərazilərinin rayon mərkəzindən uzaqlığını nəzərə alaraq vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq məqsədi ilə yaradılan Şahdağ PB inzibati binası ən müasir avadanlıqlarla təchiz olunub. PB daxilində muasir standartlara cavab verən Növbətçi Hissə, Müvəqqəti Saxlama Yeri, TŞ müşahidə otağı, akt zalı, yeməkxana eləcə də əməkdaşların normal çalışması üçün bütün şəraitlə cavab verən otaqlar mövcuddur. İstiliyin fasiləsiz təmin edilməsi üçün bölmədə muasir qazanxana quraşdırılıb.
Polis Bölməsinə təhkim olunmuş 3 yeni xidməti avtomibillərlə əməkdaşlar avtopatrul xidmətini yerinə yetirirlər. Bundan əlavə ərazidə polislər tərəfindən 4 postda ayıq xidmət apalırır ki buda buraya istirahətə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.
Əsasən qış turizminin inkişaf etdiyi Qusar Rayonunda yerləşən “Şahdağ” Turizm Kompleksində də hava temperaturundan aslı olmayaraq PB əməkdaşları tərəfindən xüsusi və mülki geyim formasında xidmət aparılır. Kompleksdə xidmət göstərən Şahdağ Hotel&SPA, Zrvə Hotel, Pik Palace Şahdağ, Park Chalet Şahdağ və Gaya Residences otellərinə bölmə tərəfindən gündəlik naryadlar ayrılır. Bura gələn turistlər özlərinin təhlükəsizliklərinə əmin olduqlarını və onlara göstərilən qayğıdan məmnunluqlarını bildirirlər.
Şahdağ PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis kapitanı Cavid Mirzəyev qeyd edir ki, ucqar ərazidə vətəndaşların təhlükəsizliyi üçün aparılan xidmət DİN rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Bölmənin şəxsi heyəti onlara olan bu etibara daima sadiqdilər.
Nizam Həmidov,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



























