Çevik polislərimiz Şotlandiyada yüksək nəticələr qazandılar – FOTOLAR

Ötən həftə Şotlandiyanın Qlazqo şəhərində usta cüdoçular arasında Avropa çempionatı keçirilib. Bu yarışda 35 ölkədən minə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Ölkəmizin milli komandası qitə çempionatında 37 idmançı ilə təmsil olunub, 5 qızıl və 9 bürünc medal qazanıb. Milli komandamız iki yaş kateqoriyası üzrə keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb. Mötəbər yarışda DİN İdman Cəmiyyətinin yetirməsi, Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı, idman ustası Hikmət Cəbiyev çəkisi 90 kiloqramadək olan idmançılar arasında final mərhələsinə qədər irəliləyib, bürünc medala sahib olub. H.Cəbiyev idmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. İki dəfə respublika çempionu adını qazanan Cəbiyev dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.
ƏÇPA-nın daha bir əməkdaşı, polis baş serjantı Azər Fətullayev bu yarışın favoritləri sırasında olub. O, çəkisi 81 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərini məqlub edərək qızıl medal qazanıb, Avropa çempionu adına sahib olub.
A.Fətullayev cüdo üzrə dəfələrlə respublika çempionu, beynəlxalq yarışların qalibidir.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















