Daxili İşlər Nazirliyi artıq «İnstaqram”da da var - FOTO

Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə biləcəklər. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci il mayın 16-dan Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.
Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Ötən müddətdə paylaşılan məlumatların izlənmə sayının artması, pozitiv şərhlər səhifəyə ictimaiyyətin marağının göstəricisidir.
Artıq aprelin 1-dən Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.
Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
“azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












