DİN-in idmançıları Belarusda uğur qazandı - FOTOLAR

Mayın 17-dən 19-dək Belarusun Minsk şəhərində MDB dövlətlərinin güc qurumları arasında idmanın daş qaldırma növü üzrə turnir keçirilib. İlk dəfə keçirilən bu yarışda Azərbaycan DİN-in idmançı əməkdaşları da iştirak ediblər. DİN İdman Cəmiyyətinin komandası bu yarışa 5 iştirakçı ilə qatılıb. 70, 75, 80, 90, + 90 kiloqram çəki dərəcələrində müvafiq olaraq Anar Abdullayev, Elvin Dövlətov, Təbriz Məmmədov, Müşviq Hüseynov və Ruslan Kübərov öz güclərini sınayıblar. Yığmamız bu turnirdə bürünc medala sahib olub.
Qeyd edək ki, komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurupunun baş inspektoru, polis polkovnik-leytenantı Firudin Tağıyev hazırlayıb.
Komandamızın rəhbəri, Cəmiyyətin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ölkəmizdə bu idman növündə daxili işlər orqanları əməkdaşları arasında yarışların müntəzəm keçirildiyini, onların asudə vaxtlarında bu idman növü ilə məşğul olduqlarını, əməkdaşların hazırlıq səviyyəsinin daha yüksək nəticələrə ümid etməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə yarış təcrübələrinin artdığını diqqətə çatdırdı.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













