DİN-in yetirmələri çempionatdan medalla qayıtdılar - FOTO

Aprelin 30-dan mayın 6-dək Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilib. Bu yarışda ölkəmizin milli komandası da iştirak edib. Yarışda yığma komandamız sərbəst güləş üzrə Avropa ikincisi, yunan-Roma güləşi üzrə üçüncü olublar. Milli komandamızın tərkibində güləşən DİN İdman Cəmiyyətinin yetirməsi Eldəniz Əzizli qələbə uğrunda inamlı mübarizə aparıb. Yunan-Roma güləşi üzrə millimizin favoritlərindən hesab olunan təmsilçimiz çəkisi 55 kiloqramadək olan güləşçilərin mübarizəsində bütün rəqiblərini məğlub edərək qitə çempionu adını qazanıb.
E.Əzizlini bu yarışa İdman Cəmiyyətinin Təlim şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı əməkdar məşqçi Radik Hüseynov hazırlayıb.
Bu yarışda qadınlar arasında olan sərbəst güləş üzrə İdman Cəmiyyətinin daha bir yetirməsi Səbirə Əliyeva da iştirak edib. IV İslam Həmrəyliyi oyunlarının gümüş medalçısı S.Əliyeva bu çempionatda çəkisi 76 kiloqramadək idmançılar arasında finaladək irəliləyib, bürünc medal qazanıb.
Onu bu yarışa DİN Polis Akademiyasının Tədris-Metodiki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Hicran Şərifov hazırlayıb.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















