DYP Bakıda maarifləndirmə reydlərinə başladı - VIDEO

Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə kütləvi reydlər keçirilir. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, son günlər ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsinin baş verməsi narahatlıq doğurur. "Bununla bağlı aparılmış təhlil əsasında deyə bilərik ki, qəzaların əsas səbəbi kobud qayda pozuntularının olmasıdır. Bu isə DYP-yə daha ciddi tədbirlər görmək üçün əsas verir."
V. Əsədov qeyd edib ki, ötən illə müqayisədə YPX əməkdaşları paytaxtın küçə və prospektlərində daha çox xidmət aparır, maarifləndirmə işləri həyata keçirilir.
"Bu gündən başlayaraq həyata keçirilən bu tədbirlər təkcə inzibati xarakterli deyil, həmçinin maarifləndirmə işlərini də əhatə edir. Xüsusilə piyadaların vurulması ümumi yol qəzalarının 62 faizini təşkil etdiyi üçün piyadalara yerlərdə fərdi söhbətlərin aparılması və yol nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb olan sürət həddinin aşılması, qarşı zolağa çıxma, yol ayrıcı qaydalarının pozulması, spirtli içki qəbul edərək sükan arxasına keçmək və digər istiqamətlər üzrə tərəfimizdən maarifləndirmə işləri həyata keçirilib. Hadisənin ağırlıq dərəcəsi ilə bağlı sürücülərə və piyadalara fərdi qaydada məlumat verilib.
V. Əsədov onu da bildirib ki, bu gün Bakı şəhərinin rayonlarında olan əksər küçə və prospektlərində DYP əməkdaşları tədbirlər həyata keçirib sürücülərə faydalı olan məlumatlar verilib, onların sualları cavablandırıb. " Sözsüz ki, bu gün keçirilən reydlər zamanı inzibati qaydada cəzalandırılan sürücülər də olub. Lakin həmin sürücülər ilə də maarifləndirmə söhbətləri aparılıb."
Bölmə rəisi bu cür tədbirlərin keçirilməsi zamanı küçə və yollarda təhlükəsizlik davranışlarının artırılması, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsi, həmçinin ərazidə YPX əməkdaşının olub-olmamasından asılı olmayaraq sürücülərin qaydalara əməl etmə vərdişinin formalaşmasına kömək edir. "Sürücülər ilk növbədə anlamalıdır ki,qaydalara əməl etmək onların təhlükəsizliyi üçündür."
Elməddin Muradlı
Orxan Əli
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












