DYP-dən sürücülərə mühüm XƏBƏRDARLIQ - VİDEO

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini gecə saatlarında da davam etdirir.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, qar və yolların buz bağlaması ehtimalı ilə əlaqədar olaraq sürücülərə müraciət edib.
Hazırda Bakı-Quba-Rusiya sərhədi yolunun 40-cı km-dən, Bakı-Şamaxı-Yevlax yolunun 35-ci km-dən, Ələt-Astara-İran sərhədi yolunun 12-ci km-dən, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65 km-dən başlayaraq, eyni zamanda Gəndob-Yalama avtomobil yolunda və Ağsu aşırımında
intensiv qar yağışı müşahidə olunur.
Nəticədə yolların hərəkət hissəsində qar örtüyü əmələ gəlib və bəzi yerlərdə buzlaşma ehtimalı yüksəkdir.
Belə hava şəraitində xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları qeyd olunan ərazilərdə gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir, təhlükəsizlik məqsədilə texnika və yol təsərrüfatı qurumları ilə birgə tədbirlər görür.
Lakin sürücülərin də maksimum ehtiyatlı olması və aşağıdakı qaydalara ciddi riayət etməsi vacibdir:
Sürücülərə mühüm tövsiyələr:
Avtomobillərin texniki vəziyyətini yoxlayın, qış təkərlərindən istifadə edin.
Sürət həddini azaldın, ötmə və digər kəskin manevrlərdən çəkinin.
Yolların buz bağlaya biləcəyini nəzərə alaraq, ara məsafəsini qoruyun.
Hava və yol şəraiti ilə bağlı məlumatları izləyin.
Zərurət olmadıqca sözügedən istiqamətlərdə hərəkət etməyin.
Yollardakı vəziyyət barədə tərəfimizdən yol hərəkəti iştirakçıları mütamadi olaraq məlumatlandırılacaqdır.
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO











