DYP-dən sürücülərə son xəbərdarlıq - Əks təqdirdə...

DİN Baş DYP İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib. Avtosfer.az xəbər verir ki, İdarədən verilən məlumata görə, müracitədə deyilir: "Yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












