DYP-dən sürücülərə XƏBƏRDARLIQ: "Elə bilirlər kamera ilə çəkməklə..."

Son zamanlar sürücülər tərəfindən Yol Patrul Xidməti (YPX) əməkdaşlarının fəaliyyətinin video şəklində qeydə alınaraq, sosial şəbəkələrdə yerləşdirilməsi halları artıb. Sanki sürücülər bu videoları öz müdafiəçiləri kimi görürlər. Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov unikal.org-a açıqlama verib. O, yol polisini videoya çəkən sürücüləri qınayaraq sürücülərin bu addımını mentalitetə zidd hesab edir: "Sürücülərin bu cür videoları çəkib sosial şəbəkələrdə və internetdə paylaşması doğru deyil. Mentalitetlə götürəndə belə videoları çəkən şəxslərin bu addımı qınağa səbəb ola bilər. Bu cür hərəkət mentalitetimizə zidddir. Çünki kimisə gizli videoya çəkmək düzgün hərəkət deyil".
Bölmə rəisi əlavə edib ki, bu cür videoların çəkilməsi ilə bağlı qanunvericilikdə boşluq var. Qanunvericilik bu hərəkəti qadağan etmir. Amma sürücülər elə bilir ki, kamera ilə çəkməklə inspektorda qorxu hissi yaradacaqlar. Bu videoları yaymaqla nə əldə edirlər? Əksinə polisin işinə mane olurlar və onların vaxtını alırlar. Təsəvvür edin yarım saatlıq, bir saatlıq video çəkir sonra onun 5 dəq sürücünün özünə sərf edən hissəsini sosial şəbəkələrdə paylaşırlar".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












