DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO

Vətəndaşlarla Dövlət Yol Polisi əməkdaşları arasında zaman-zaman maraqlı ünsiyyət yaranır. Dövlət Yol Polisi əməkdaşları “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozan sürücülərin saxlanılmasından sonra əksər sürücülər qayda pozmadıqlarını sübut etmək istəyirlər. Avtosfer.az xəbər verir ki, bir çox hallarda Dövlət Yol Polisi əməkdaşları səbirli şəkildə və qanunvericlikdən gətirilən əsaslarla sürücülərin qayda pozduqlarını sübut ediblər. Amma bu günlərdə sosial səbəkədə yayılan bir videoda görünür ki, sürücü yol nişanlarının tələblərini pozduğu üçün Dövlət Yol Polisi əməkdaşı tərəfindən durdurulur. Amma sürücü ilə polis əməkdaşı arasında dialoqun sonunda sürücü yol nişanları arasında ziddiyyət olduğunu və qanunvericiliyin verdiyi hüquqa uyğun davrandığını əsaslandıraraq özünün haqlı olduğunu göstərir. Bunun ardınca yol polisi əməkdaşı sürücüdən üzr istəyərək problemin aradan qaldırılması üçün əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını bildirir.
Amma videonun sonunda sürücü özü də “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozaraq əllərini sükandan çəkərək avtomobili idarə edir.
Avtosfer.az həmin videonu oxuculara təqdim edir:
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












