Formula 1-də polisin ağır və peşəkar xidməti

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi bir qədər obrazlı desək, normaya çevrilib. Avropa, Dünya çempionatlarının, beynəlxalq mötəbər yarışların ölkəmizdə keçirilməsi səbəbindən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu yarışların keçirilməsində Azərbaycan öz standartlarını yaradıb. 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə təşkil olunan “Bakı-2015” Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula-1 yarışlarını layiqincə təşkil etməklə ölkəmiz dünyanın idman tarixində öz sözünü dedi. Bu yarışlar həm də ölkəmizdə Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi.
Bu günlərdə keçirilən "Formula-1" yarışları isə dünyanın bir çox ölkəsindən gələn azarkeşlər tərəfindən izlənilmişdir. Yarış iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrin dostluq və qardaşlıq şəraitdə çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış oldular. "Formula-1" Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.
“Formula-1” yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Belə tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən, ilk növbədə, sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər.
Onu da qeyd edək ki, polisi əməkdaşları Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində və həmin yarışların keçirildiyi günlərdə qarşıya qoyulmuş məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gələrək yüksək xidməti peşəkarlıq nümayiş etdiriblər. Qonaqların razılığını öz sözləri ilə desək yaxşıdır.
Norveçdən gəlmiş Marqarita Durso notbukunu itiriməsi haqqında polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qısa vaxtda müsbət nəticə verib. Turistin notbuku tez bir zamanda tapılaraq özünə qaytarılıb. Marqarita Durso bununla əlaqədar DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.
Öz məktubunda o, ümumən turistlər adından özlərini son dərəcə təhlükəsizlik şəraitində və sərbəst hiss etdiklərindən razılığını bildirib, Azərbaycan Polisinə minnətdarlığını ifadə edib.
Aprelin 28-də Polşalı turist də DİN rəhbərliyinə müraciət edərək, taksidə unutduğu içində sənədləri, pulu və bank kartları olan çantasının polis əməkdaşları tərəfindən təcili tapılaraq qaytarılmasından razılığını bildirib.
Ruhiyyə Əliyeva,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












