Həm kubok qazandı, həm də vəsiqə – DİN-in yetirməsi Nizaməddin Poladov

Bu yaxınlarda Portuqaliyanın Koimbra şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku uğrunda yarış keçirilib. 28 ölkədən 416 yeniyetmə cüdoçunun mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisinin tərkibində DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun yetirməsi Nizaməddin Poladov da qələbə uğrunda inamla mübarizə aparıb. O, 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Avropa kubokunun sahibi olub. Cüdoçumuz bu qələbə ilə iyunun 28-də Bosniya və Herseqovinada keçiriləcək cüdo üzrə Avropa çempionatına da vəsiqə qazanıb.
Qeyd edək ki, təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun əməkdaşı, əməkdar məşqçi Elçin Səfixanov hazırlayıb.
N.Poladov polis ailəsində dünyaya göz açıb. Atası, istefada olan polis polkovnik-leytenantı Elşən Poladov da idmanda bir çox nailiyyətlər qazanıb. O, beynəlxalq dərəcəli idman ustasıdır. İdmanın sambo növü ilə peşəkar idmançılar arasında Avropa çempionu, Dünya kubokunun sahibidir. E.Poladov 2 dəfə dünya ikincisi, 3 dəfə isə dünya üçüncüsü olub. Cüdo üzrə isə dəfələrlə beynəlxalq turnirlərdə, respublika çempionatlarında qalib gəlib.
N.Poladov hələ uşaq yaşlarında idmana həvəs göstərib. O, bu ilin geridə qalan dövrü ərzində Tunisdə Afrika kuboku üzrə açıq birincilikdə 3-cü yerə, Mərakeşdə keçirilən qitə çempionatında 2-ci yerə, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarışda 1-ci yerə sahib olub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













