Kənd camaatı bu polisə ürək qızdırır - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşı Elvin Allahquliyev gənc əməkdaşlardandır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2017-ci ildən Qusar RPŞ-nin Samur Polis bölməsində sahə rəisi vəzifəsində çalışır. Elvin xidmət apardığı 7 kəndin sakinlərinin hörmətini qazanıb. Buna misal kimi Minaxur kənd sakinləri tərəfindən Qusar RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlova ünvanlanan təşəkkür məktubunu göstərmək olar. Məktubun məzmununu qısa ixtisarla oxucuların diqqətinə çatdırırıq: “Rayonumuzda, o cümlədən kəndimizdə ictimai asayişin qorunmasına görə kənd sakinləri adından Azərbaycan Polisinə dərin təşəkkürümüzü bildiririk.
Kəndimizə təyin olunmuş sahə müvəkkili Elvin Allahquliyevin kəndimizdə vəzifəsini layiqincə yerinə yetirməsini xüsusilə qeyd etmək istərdik. O, qısa zaman ərzində kənd ərazisində gördüyü işlərlə kənd əhalisinin hörmət və rəğbətini qazanıb. Biz kənd sakinləri bir daha təşəkkür edir və razılığımızı bildiririk.”
Qısa zamanda kənd camaatının hörmətini qazanan polis leytenantı Elvin Allahquliyev insanların etibarını qazanmaq üçün onlarla mehriban münasibətlər qurmağın vacibliyini bildirir. Deyir ki, kimliyindən asılı olmayaraq hər zaman vətəndaşlarla münasibətdə diqqətli və səmimi olmaq, hər kəsin müraciətinə müvafiq qaydada baxılması etimadın qazanılmasında başlıca amillərdəndir. Çalışıb bundan sonra da harada işləməyindən asılı olmayaraq xidməti borcuna diqqətlə yanaşacaq.
Nizam Həmidov,
polis leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













