Narkotikin təsiri altında "avtoşluq" edən taksi sürücüsü - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün stasionar postunda avtoxuliqanlıq etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılan sürücü Təvəkkül İsgəndərov yol polislərini əməlli-başlı çaşdırıb. Belə ki, sürücünün hərəkətləri şübhə doğurduğu üçün narkoloji test üçün stasionar posta dəvət edilib. Narkotester vasitəsilə ilə sürücü yoxlanılıb. Məlum olub ki, sürücü narkotik maddələrin təsiri altında avtomobil idarə edib.
Sürücü haqqında toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilib. Onun idarə etdiyi 90-PR-958 dövlət nömrə nişanlı avtomobil hərəkətdən uzaqlaşdırılıb və duracağa yerləşdirilib.
Məhkəmənin qərarı ilə sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin 511.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi təsdiqini tapıb. Sürücü bir il sürücülük hüququndan məhrum edilməklə 1 ay müddətinə də inzibati olaraq həbs edilib.
Qeyd edək ki, Təvəkkül İsgəndərov taksi xidməti ilə məşğul olurmuş.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















