Onlar polis övladıdır – Yüksək bal toplayıblar - FOTOLAR

“Təhsil millətin gələcəyidir”. Ulu öndərimizin dediyi bu fikir vətənimizin inkişafının təməl prinsiplərindəndir. Millətin varlığını, tarixini özündə ehtiva edən ən gözəl vasitələrdən biri kimi təhsil həm də ən gözəl tanıtımdır...
Gecəli-gündüzlü xidmətdə olsalar da, işin ən çətininin altına çiyinlərini versələr də onlar da idmanımıza, təhsilimizə, incəsənətimizə töhfə verən, “Mən azərbaycanlıyam” sözünü bizə ürəkdən, qürurla deməyə ruhlandıran övladlar böyüdürlər. Söhbət Azərbaycan Polisinin övladlarından gedir. Düzdür, ötən il bu barədə bir neçə yazı ilə çıxış etmişdik. Bu il də qərar verdik ki, ənənəmizə sadiq qalaq. Yenə də soraqlaşa-soraqlaşa onların axtarışına çıxdım. Axtardım və tapdım. Qəhrəmanlarımızla sizləri tanış edək.
Bir neçə il bundan öncə axtarışda olan cinayətkarları zərərsizləşdirərkən həlak olan polis mayoru Qalib Quliyevin övladı Elvin Quliyev bu il qəbul imtahanlarında 649 bal toplayıb.
DİN-in Komendant Xidmətinin əməkdaşı Rəhimə Hidayətovanın qızı Tamella Hidayətli 619 bal toplayaraq ona olan ümidləri doğruldub.
Vüqar Abdurahmanov da xoşbəxt polislərimizdəndir. 1994-cü ildən daxili işlər orqanlarında xidmət edir. Hazırda Qəbələ RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəridir. Həmkarımız yüksək balla ali təhsil məktəblərinə daxil olan övlad sevincini bu il də yaşayıb. Belə ki, onun böyük qızı Lamiyə Abdurahmanlı 2016-ci ildə 651 balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Bu il isə kiçik qızı Gülçöhrə 3-cü qrup üzrə qəbul imtahanlarında 644 bal toplayıb.
Onlarla söhbət zamanı bildirdilər ki, birinci turda topladıqları balla kifayətlənmirlər və dövlətimizin yaratdığı ikinci şansdan istifadə edib daha yüksək nəticə qazanmaq əzmindədirlər.
Valideynləri kimi biz də onlara ümidliyik. Yolları açıq olsun. İnanırıq ki, onlar da polis övladı kimi hər zaman Vətən adına və andına sadiq olacaqlar.
Hafiz Təmirov,
polis mayoru
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO














