Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO

Ötən gün axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Salyanda yol qəzasında ÖLƏN şəxs NARKOTİK DAŞIYIRMIŞ - Polis detalları AÇIQLADI
"Hadisə "Hyundai" markalı 77-RK-290 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 1993-cü il təvəllüdlü Taleh Bayram oğlu Musayevi və 2009-cu il təvəllüdlü Mirkamil Mirsaleh oğlu Cəfərovu vurması nəticəsində baş verib. Nəticədə T.Musayev yüngül xəsarət alıb, ona yerində ambulator müayinə göstərilib, M.Cəfərov isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
Faktla bağlı Sabuçu Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli vurğulayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə avtomobilin sahibi qadın olub.
***13:41
Ötən gün axşam saatlarında Sabunçu rayonu, Aeroport şosesində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Sabunçu Tibb Mərkəzindən bildirilib ki, martın 10-da saat 18:00-da bir nəfər (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub
"Pasiyentə qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, avtomobilin vurduğu ikinci şəxslə bağlı isə Daxili İşlər Nazirliyinə sorğu göndərilib./oxu.az
***12:53
Ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edərək bildirir ki, piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda “avtomobillər dayanıb yol verəcəklər” düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar.
Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar.
“Yanlış qərar bir ailənin həyatını dəyişə bilər” - Rövşən Tağıyev
Təcrübənizə güvənib bu səhvi etməyin – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO











